Azərbaycan təmsilçisi heyətini ABŞ-li basketbolçu ilə gücləndirib
Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Sərhədçi” heyətini daha bir oyunçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Leon Gilmoru transfer edib.
ABŞ-dən olan basketbolçu komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Bakı klubu daha əvvəl Troy Dilan Kreknell və Xaleb Melikan Hanterlə anlaşıb.