Millimizin üzvünün atası Gəncə klubunun baş məşqçisi təyin edilib
“Gəncə” basketbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub.
41 yaşlı çalışdırıcı ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.
İlk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb.
Qeyd edək ki, məşqçinin oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.