"Sabah" vahid lider olub

"Sabah" vahid lider olub

Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, turun son görüşündə cari çempion "Sabah" Xaçmazda "NTD-İndiqo"nun qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsilə yekunlaşıb - 83:79.

Bu qalibiyyət bakılıları 21 xalla çempionatın vahid lideri edib. "NTD-İndiqo" və "Xəzri" 20 xalla 2-3-cü yerləri bölüşdürür.