Rövşən Nəcəf azarkeşlərə səsləndi
“Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf klubun yeni prezidentinin təqdimatında iştirak edib.
MediaSport.az xəbər verir ki, SOCAR-ın prezidenti bildirib klubda vəziyyətin ürəkaçan olmadığını deyib.
O, "ağ-qaralar"ın azarkeşlərinə müraciət edib:
“Çıxdığımız yolda “Neftçi” azarkeşlərindən səbr və etimad gözləyirik. Klubda təkrar canlanmanı təmin etmək üçün strategiya hazırlanır. “Neftçi” azarkeşləri hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər. Biz gördüyümüz işlər nəticəsində “Neftçi”nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq”.
Qeyd edək ki, bu gün “Neftçi”nin yeni prezidenti (baş icraçı direktoru) Fərrux Mahmudov ictimaiyyətə təqdim edilib.