Sabiq "Qəbələ"li "Şaxtyor"a keçir

Sabiq "Qəbələ"li "Şaxtyor"a keçir

2015/2016-cı illərdə "Qəbələ"də oynamış Aleksey Qay məşqçisi olduğu Ukraynanın "Çernomores" klubu ilə yollarını ayırıb.

MediaSport.az xəbər verir ki, məlumatı Odessa klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, 41 yaşlı gənc mütəxəssis fəaliyyətini Donetsk "Şaxtyor"unda davam etdirəcək. Onun yeni baş məşqçi Patrik van Lövenin köməkçisi olacağı gözlənilir.

Ukrayna yığmasının keçmiş yarımmüdafiəçisi futbolçu kimi "şaxtaçılar"ın heyətində 2000-2013-cü illərdə forma geyinib.