"Turan Tovuz"un üzvü "Araz-Naxçıvan"da oynayacaq - RƏSMİ
“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb.
Mediasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi "Turan Tovuz"dan Tərlan Əhmədlini sıralarına cəlb edib.
29 yaşlı qapıçı ilə gələn mövsümün sonunadək anlaşma imzalanıb.
Son iki mövsümü Tovuz klubunda keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.
Xatırladaq ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.