"Dinamo" - "Qarabağ" görüşünü məşhur isveçli hakim idarə edəcək

"Dinamo" - "Qarabağ" görüşünü məşhur isveçli hakim idarə edəcək

Sabah UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyada keçiriləcək "Dinamo" - "Qarabağ" qarşılaşmasının hakimləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, görüşü İsveçdən olan hakimləri briqadası idarə edəcək.

Baş hakim məşhur Qlenn Niberq, yan xətdə isə Mahbud Beiqi və Andreas Söderkvist olacaq.

Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfayfer fəaliyyət göstərəcək.

"Maksimir" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab görüşü avqustun 28-də Bakıda reallaşacaq.