"Kəpəz" evdə məğlub olub, lider "Zirə" "Araz-Naxçıvan"a uduzub

"Kəpəz" evdə məğlub olub, lider "Zirə" "Araz-Naxçıvan"a uduzub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma oynanılıb 

İlk duel bölgədə baş tutub və "Kəpəz"i məğlub edən "Qəbələ" cari mövsüm ilk səfər qələbəsini rəsmiləşdirib.

Turun son matçında isə lider "Zirə" debütant "Araz-Naxçıvan"a uduzub.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"a (5:0), "Neftçi" "Turan Tovuz"a (1:0) qalib gəlib, "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 2:2.


Azərbaycan Premyer Liqası. 8-ci tur


“Kəpəz” – “Qəbələ” 0:1

Qol: Bilel Auaşeriya, 51.

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

Gəncə şəhər stadionu, 16:00


“Araz-Naxçıvan”– “Zirə” 1:0

Qol: Nunu Rodirgeş, 78.

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Dalğa Arena”, 18:30



1 Zirə 8 5 1 2 7-4 16
2 Qarabağ 8 5 1 2 16-6 16
3 Səbail 8 4 2 2 14-11 14
4 Araz-Naxçıvan 8 4 1 3 8-8 13
5 Neftçi 8 3 3 2 7-5 12
6 Turan Tovuz 8 3 2 3 11-9 11
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Qəbələ 8 2 1 5 6-15 7
9 Sabah 7 1 3 3 10-11 6
10 Kəpəz 8 1 2 5 5-12 5



Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 5 qol

Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

Abdullah Zubir ("Qarabağ") - 3 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol

Martin Petkov ("Turan Tovuz") - 3 qol

Belajdi Pusi ("Turan Tovuz") - 3 qol

Osama Xalayla ("Qəbələ") - 3 qol

Yusif Nəbiyev ("Səbail") - 3 qol

Hamidu Keyta ("Qarabağ") - 3 qol