Şahruddindən Rusiya mətbuatına maraqlı açıqlamalar - MÜSAHİBƏ

Şahruddindən Rusiya mətbuatına maraqlı açıqlamalar - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandası və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına geniş müsahibə verib.

mediasport.az xəbər verir ki, "Championat" nəşrinə danışan qolkiper Azərbaycana gəlişindən, 450 manat maaş almasından, milli komanda və "Qarabağ" karyerasından və.s. maraqlı məqamlardan söz açıb.


Peşəkar futbol oynamadan Azərbaycana necə gəldin?
- Qapıçılar üzrə məşqçim var idi - Gennadi Kaxiani. Bir dəfə zəng etdi və "Şah, Azərbaycana getmək variantın var" dedi. Dərhal razılaşdım. Komandanın səviyyəsi və alacağı maaş maraqlı deyildi.

Orada nələri müşahidə etdin?
- Birinci liqa komandası "Şahdağ"a keçmişdim. Sərtləşmə üçün uyğun yer idi. Burada sağ qaldınsa, deməli qorxulu heç nə yoxdur.

Nələri gördün?
- İlk məşqdən sonra məşqçilərin xoşuna gəldim. Dedilər qal, maaş haqda danışarıq. Beləcə iki ay hazırlaşdım. Stadionda yardım otağı kimi kiçik otaq var idi. İki oğlanla burada qaldıq. Üç çarpayıdan başqa heç nə yox idi. Amma xoşbəxt idim və futbol oynamaq istəyirdim. "Şahdağ" haqda uzun danışmaq olar.

Mən tələsmirəm...
- Yayda eyni meydanda məşq edir, oyunlara çıxıqdır. Lakin ora dağlıq ərazi idi və qışda stadion yararsız hala düşürdü. Bu vaxt idman zalına gedir, məşq edirdik. Ancaq oyunlar zamanı çölə çıxırdı. Çətin, lakin əyləncəli vaxtlar idi. Müqavilə imzalayanda ailəmin də mənimlə olacağını bildirdim. İcarəyə mənzil tutdular. Birinci mərtəbədə yoldaşım və iki qızımla qalırdıq, ikinci mərtəbədə isə ev sahibləri olurdu.

Sonra nə oldu?
- "Şahdağ"ın heyətində 15 oyun keçirmişdim. Sonra Azərbaycanın gənclərdən ibarət yığmasının seleksiya düşərgəsinə qoşuldum. "Sumqayıt"dan təklif gəldi, məni bəyənmişdilər.

Nəhayət, yaxşı günlər başladı?
- Sumqayıtda da çətinliklər var idi. Ancaq karyeramın mühüm mərhələsi burada oldu. Premyer Lİqada oynamağa başladım. Verilən vədlərin çoxu yerinə yetirilmədi. 19 yaşım var idi və arzulayırdım ki, "Kaş, "Qarabağ" kimi komandaya düşə bilərdim". Bir anda bu gerçəkləşdi.

Azərbaycana uyğunlaşmaq çətin idi?
- Xeyr, istər "Şahdağ", istərsə də "Sumqayıt"da məni xoş qəbul edirdilər. Azərbaycanlılar çox mehribandır. Bura uyğunlaşmaq asandır. Həyat yoldaşım uşaqlarla təkbaşına çölə çıxanda insanlar onlara kömək edirdilər.

Azərbaycan vətəndaşlığını necə aldın?
- Bağlılığım yox idi, mənə də maraqlı gəlmişdi. 2014-cü ilin dekabrında millinin toplanışına dəvət aldım. AFFA-nın nümayəndələri Rusiya Futbol Federasiyası ilə əlaqə saxladı və idman vətəndaşlığımın dəyişilməsi üçün icaz aldı. Bu, mənə də maraqlı idi. Rusiyadan gedərkən qayıtmağa hazır idim, amma sonra istəmədim.

Azərbaycanda sənə qarşı qərəzlər var idi?
- "Sumqayıt"la çempionat oyunlarına çıxırdım və heç kim boya önəm vermirdi. Lakin millidə bu amilə diqqət edilirdi. Axı, burada Almaniya, Norveç, Rusiya kimi ciddi rəqiblərlə matçlar olurdu. "Qarabağ"dan əvvəl belə qərəzlər var idi, amma Rusiyadakı qədər deyildi.

Bir dəfə çempionat oyununda huşunuzu itirmişdini
- Çempionatda “Səbail”lə oyun idi. Müdafiəçini sığortalamağa getdim. Top meydançada sıçrayaraq mənə tərəf uçurdu. Sonra top qazona dəydi və yuxarı uçdu. Həmin an rəqibin ayağı başıma gəldi – düz alnıma.

Dəhşət...
- Huşumu itirməmişdim, ayaqlarımda, qollarımda güclü ağrı var idi. Meydançaya qayıtmaq istədim, həkim məni saxladı. Dedilər, mümkün deyil. Xəstəxanaya apardılar, narkozla 30-dan çox tikiş qoydular. Ancaq tez qayıtdım – iki həftə sonra artıq oynayırdım.

Həyatınızdakı ən ciddi zədə idi?
- Ən təhlükəlisi. Sonra qolumu sındırdım. Bu zaman daha çox kənarda qalırsan, amma baş başdır. Onu bərpa etmək çətin olur.

Bunlardan sonra daha diqqətli olmursan?
- Yox. Məşqçimiz əvvəl danlayırdı, çox toplara qarışmamalı olduğumu bildirirdi, amma olmur. Bu, xarakterimdir

Tez-tez irəli çıxdığın üçün tənqid olunursan. "Viktoriya" ilə Çempionlar Liqası matçında səhvinə görə qol buraxmışdız...
- Belə oynamağı dayandırsam, bəlkə də olmayacam. Bu, mənim üslubumdur. Düşünürəm ki, illər keçdikdə daha təcrübə qazanıram. "Viktoriya" ilə oyundakı səhv məni daha güclü, ağıllı etdi. Tənqidi qəbul etmək lazımdır, xoşagəlməz olsa da.

Necə üslubdur bu?
- Oynayan qapıçıyam. Təkcə çərçivədə durmağı xoşlamıram. Topla oynamağı, özümə aid olan hissədən çıxmağı sevirəm. Bilirəm, risklidir. Amma illər keçdikdə saha soyuqqanlı oluram.

Hücuma çox qaçırsan?
- Gənc vaxtlarında daha çox gedirdim. Uduzanda hər qapıçı irəli çıxmaq istəyir. Amma baş məşqçi icazə vermir.

2020-ci ildə "Mölde" ilə oyunu karyeranızın ən çılğın görüşü idi?
- O vaxt avrokuboklarda yeni-yeni oynamağa başlayırdım. Oyun vacib idi. "Nant"la ssenariyə görə daha çox dramatik idi. Fransadakı görüşdə ("Nant"la oyun-red) heç-heçə kifayət edirdi, amma 90+3-də qol buraxdıq və uduzduq. Mənfi emosiyalar idi, ən yaxşısı isə "Legiya" ilə oyundan sonra olmuşdu...

Paylaşın...
- Bütün ölkə üçün vacib an idi. Səfərdə Polşanın ən güclü komandasına qalib gəldik - 3:0. O oyundakı emosiyaları heç vaxt yaşamamışam.

Neçə qızıl medalınız var?
- 7. Sonuncunu bu mövsüm qazandım.

"Qarabağ" Azərbaycan standartlarına görə "Zenit" kimidir?
- Hegemonluq baxımından bəli. Son 10 ildə Azərbaycan futbolunun siması "Qarabağ"dır.

Rusiya ilə müqayisədə Azərbaycanda maaşlar daha aşağıdır?
- Böyük fərqlər var. "Qarabağ" maaş büdcəsinə görə Rusiyada ilk "10-luğ"a düşməzdi.

Belə fərq?
- Bəli, Rusiyada böyük maaşlar verilir. Azərbaycan futbolunda pul qat-qat azdır.

Özünü rahat hiss etməyin üçün nə qədər pul lazımdır?
- Hər şey nisbidir. "Şahdağ"da 450 manat maaş alırdım. Təxminən 20 min rubl. Bu pul dolanmağa kifayət edirdi. İnsan nə qədər çox qazansa, xərcləri də artır.

Qiymətlər necədir?
- Aşağı deyil. Bakı böyük şəhərdir, o cümlədən qiymətlər baxımından. Həyat yoldaşım ərzaqların aşağı-yuxarı Rusiya ilə eyni olduğunu deyir.

Daim Bakıda olursuz?
- Bəli, əsas komandamız buradadır. Ağdam 30 il işğal altında qaldı, indi hər şey bərpa edilir. Artıq stadion layihəsi də var. Komanda yoldaşlarımızla Ağdama getmişdik, hər şey məhv olub, həyat yoxdur - yalnız xarabalıqlar. Ümid edirəm, tez zamanda Ağdamda oynayacağıq.