"Sabah" və "Neftçi" Konfrans Liqasında fərqli gündə oynayacaqlar

"Sabah" və "Neftçi" Konfrans Liqasında fərqli gündə oynayacaqlar

Azərbaycan klubları - "Sabah" və "Neftçi" futbol üzrə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

MediaSport.az xəbər verir ki, UEFA-nın qərarına əsasən, avrokuboklarda ilk dəfə iştirak edəcək Masazır təmsilçisinin Latviya klubu RFŞ ilə səfərdə keçirəcəyi ilk matçı iyulun 26-da baş tutacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

"Neftçi”nin Bosniya və Herseqovinanın “Jelezniçar” komandası ilə qarşılaşması isə iyulun 27-də keçiriləcək və Bakı vaxtilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, hər iki klubumuzun cavab duelləri çərçivəsində ev görüşləri avqustun 3-də Bakıda oynanılacaq.