Rəhbərlik "Şamaxı"nı Pemyer Liqaya çıxaran məşqçini yola saldı!
Premyer Liqa hazırlıqlarına davam edən "Şamaxı"nın İdarə Heyətinin islacı keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
İclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.