AFFA "Sabah"a "yox" deyib

AFFA "Sabah"a "yox" deyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi İntizam Komitəsinin (İK) Gənclər Liqasında "Araz-Naxçıvan"la oyundakı qərarından rəsmi narazılıq vermişdi.

Komitə təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüşün 15-ci dəqiqədə dayandırılmasına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın qaldığı yerdən və hesab saxlanılmaqla (1:1) yenidən təşkilinə qərar verib.

"Sabah"ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.