UEFA Millətlər Liqası: Yığmamızın səfər oyununun stadionu açıqlandı

UEFA Millətlər Liqası: Yığmamızın səfər oyununun stadionu açıqlandı

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, oktyabrın 14-də baş tutacaq 4-cü turun Azərbaycan - Slovakiya oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.