"Şamaxı" yenidən "Qarabağ"a qarşı

"Şamaxı" yenidən "Qarabağ"a qarşı

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Şamaxı" daha bir hazırlıq matçı keçirəcək.

MediaSport.az xəbər verir ki, bölgə təmsilçisi "Qarabağ-2" ilə qarşılaşacaq.

İyulun 28-də Şamaxı Şəhər Stadionunda baş tutacaq yoxlama oyunu saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl baş tutmuş görüş "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.