"Qarabağ"ın yeni transferi Kaşşuk Ukrayna mətbuatına nələr dedi?
"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçi Qurban Qurbanov oldu".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Aleksey Kaşşuk deyib.
Ukrayna mətbuatına açıqlama verən 24 yaşlı yarımmüdafiəçi Ağdam klubunu seçməsinin səbəblərini qeyd edib:
"Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".
Qeyd edək ki, ölkə çempionu Kaşşukla 3 illik müqavilə bağlayıb.