İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırıldı

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırıldı

Komanda.az saytının sorğusunda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırılma mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, “CanSports”un təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib.

İştirakçılar arasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da olub.

Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qurban Qurbanov 12-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.