Şəhriyar Məmmədyarov yarımfinalda!
Şahmatçımız Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.
mediasport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla qarşılaşıb.
Rəqibinə 2,5:1,5 hesabı ilə qalib gələn Şəhriyar yarımfinala yüksəlib. O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında keçiriləcək.