Sərgən Yalçın "Neftçi" ilə anlaşa bilməməsinin səbəblərini açıqladı
"Neftçi"nin ayyarım əvvəl baş məşqçi postuna gətirmək istədiyi Sərgən Yalçın "ağ-qaralar"la anlaşa bilməməsinin səbəblərini açıqlayıb.
mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə mətbuatına Azərbaycan klubu ilə maliyyə şərtlərində razılaşmadıqlarını deyib:
"Neftçi" rəhbərliyi ilə görüşdük. Görüşümüz çox yaxşı alındı. Amma maddi problemlər var idi. Öz müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi. Azərbaycana oyunçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyillər".