"Səbail"də növbəti ayrılıq, gedən futbolçuların sayı 9-a çatdı - RƏSMİ
"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.
mediasport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Nihad Qurbanlı ilə başa çatan müqavilə yenilənməyib.
Beləliklə, "dənizçilər"i tərk edən futbolçuların sayı 9-a çatıb. Bayıl klubu daha əvvəl Mirabdulla Abbasov, Ruslan Hacıyev, Emil Martinov, Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek və Petro Stasyukla vidalaşıb.