"Qəbələ"nin prezidenti Belçikada yığmamızı dəstəkləyəcək
AVRO-2024-ün seçmə mərhələsində son oyununu səfərdə keçirəcək Azərbaycan milli komandası Belçikaya yola düşüb.
Mediasport.az xəbər verir ki, yığmamız səfərə çarter reysi ilə yollanıb.
AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da seçməmizlə birlikdə səfərə yollanıblar.
Noyabrın 19-da baş tutacaq Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.