"Qarabağ"ın pley-offda rəqibi Hacinin klubu ola bilər - Konfrans Liqası
Bu gün Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.
mediasport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
Estoniyada baş tutacaq görüşdə "Qarabağ"ın yarışın pley-off mərhələsində potensial rəqibləri qarşılaşacaq.
Azərbaycan çempionu Avropa Liqasında "Helsinki" səddini keçə bilməsə, Konfrans Liqasının qrupuna düşmək üçün "Flora" (Estoniya) - "Farul" (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu komandaların ötən həftə Konstantada baş tutmuş ilk matçında əfsanəvi Georgi Hacinin komandası inamlı qələbə qazanıb - 3:0.
Raundun qalan 31 dueli sabah baş tutacaq.
Avropa Konfrans Liqası. III təsnifat mərhələsi. Cavab oyunu
20:00 "Flora" (Estoniya) - "Farul" (Rumıniya)
ilk matç - 0:3.