SON DƏQİQƏ! 1 milyonluq qapıçı "Qarabağ" üçün Bakıya gəlir
“Qarabağ”ın transfer etməyə yaxın olduğu deyilən Polşa millisinin qapıçısı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək.
Mediasport.az “Meszyki.pl” portalına istinadən xəbər verir ki, yerli "Stal"ın (Mieleç) 24 yaşlı qolkiperi şəhər və klubun şəraiti ilə yerində tanış olmaq istəyir.
Polşa mətbuatı yazır ki, Koxalski transferə razılıq versə, Azərbaycan klubu “Stal”a 1 milyon avroya yaxın təzminat ödəyəcək.
Xatırladaq ki, polşalı daha əvvəl "Legiya" və "Radomiak"da çıxış edib.
Onun 2022-ci ildən formasını geytindiyi Mieleç təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.