Stadionun qapısına təpik vuran sabiq milli üzvü cəzalandırılıb

Stadionun qapısına təpik vuran sabiq milli üzvü cəzalandırılıb

AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadəni stadionun giriş qapısına zərər vurduğu üçün cəzalandırııb.

Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi "İrəvan”da çıxış edən müdafiəçi 10-cu turun “Karvan”la görüşündən sonra aqressiya nümayiş etdirdiyi üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Eyni cəzanı alan komandanın digər futbolçusu Əli Əliyev isə stadionun paltardəyişmə otağının qapısına zərər vurub.

"İrəvan" futbolçularının hərəkətinə görə 200 manat cərimə ödəyəcək. Bundan başqa, klub stadion əmlakına dəymiş zərəri qarşılaşayacaq.