Almaniya mətbuatı "Qarabağ" haqda: "Neftçi"dən 25 xal öndədir"
Almaniya mətbuatında növbəti dəfə "Qarabağ"dan danışılıb.
Mediasport.az xəbər verir ki, dünyaca məşhur "Kicker" nəşri bu mövsüm daxili birinciliklərdə ölkə çempionluğunu vaxtından əvvəl təmin etmiş komandalar haqqında məqalə hazırlayıb.
Bundesliqada "Bayer"in mövsüm başa çatmamış qızıl medalları qazanmasına diqqət çəkən sayt Şabi Alonsonun baş məşqçiliyini etdiyi kollektivin Avropada tək olmadığını xatırladıb. Bildirilib ki, belə uğura Qafqazda da nail olmuş klub var:
“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu. Orada iqanın başa çatmasına hələ 6 tur qalıb. Lakin “Qarabağ” ikinci pillədə qərarlaşan “Neftçi”dən 25 xal irəliədidr".
Qeyd edək ki, Qurban Qurbanovun komandası cari mövsüm çempionluq hədəfinə sona 9 tur qalmış çatıb.