1-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi müəyyənləşdi
Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsinin ilk qalibi mükafatlandırılıb.
Mediasport.az xəbər verir ki, "İmişli"nin üzvü İdris İnqilablı sentyabrın ən yaxşı qolunun sahibi olub.
O, "Mingəçevir"dən Taleh Fərmanovu, "Karvan"dan Bəhruz Teymurovu, komanda yoldaşı Bahadur Həziyevi, "Qəbələ"dən Şahin Şahniyarovu qabaqlayıb.