"Neftçi" AÇIQLADI: Bu futbolçunu Portuqaliya klubuna satırlar - RƏSMİ
"Neftçi" 2020-ci ildən komandada çıxış edən Yusuf Lavalı satır.
mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi açıqlama yayaraq bildirib ki, 24 yaşlı futbolçunun Portuqaliyanın "Arouka" klubuna transferi ilə bağlı qarşı tərəflə danışıqlar aparılır.
Klubun yaydığı açıqlama deyilir: “Arouka” klubu ilə futbolçumuz Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlar başlanıb. Nigeriyalı yarımmüdafiəçi bu gün komandamızın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək".