"Qarabağ"ın Çempionlar Liqası matçı macar hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ"ın səfərdə “Linkoln”la (Cəbəllütariq) oyununa hakim təyinatı açıqlanıb.
Mediasport.az xəbər verir ki, 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək görüşdə söz sahibi macarıstanlı İştvan Vad olacaq.
Yan xətt hakimləri Vencel Tot və İştvan Alberdən başqa, Bence Şonka dördüncü hakim kimi fəaliyyət göstərəcək.
İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtilə sat 20:00-da start götürəcək.
Cavab dueli 1 həftə sonra Bakıda baş tutacaq.