"Qarabağ"ın ispaniyalı rəqibi: "Futbolda hər şey mümkündür"
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Linkoln"un yarımmüdafiəçisi Marko Rosa ölkəsinin mətbuatına açıqlama verib.
MediaSport.az xəbər verir ki, duellə bağlı fikirlərini bölüşən Cəbəllütariq klubunun 28 yaşlı futbolçusu Ağdam təmsilçisinin aşkar favorit olduğunu deyib.
İspaniyalı futbolçu rəqibi təəccübləndirməyə çalışacaqlarını bildirib: "Bizi kifayət qədər çətin oyun gözləyir. Rəqib açıq-aşkar favoritdir. Lakin futbolda hər şey mümkündür. Futbolun gözəlliyi də bundadır. Şansımıza hər zaman inanırıq".
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da Bakıda keçirəcək.
Ayxan