"Qəbələ" "Zaqatala"ya qarşı

"Qəbələ" "Zaqatala"ya qarşı

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

Mediasport.az xəbər verir ki, təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirən “qırmızı-qaralar” sabah növbəti yoxlama oyununu keçirəcək.

Kaxaber Tsxadadzenin yetirmələri “Zaqatala” ilə üz-üzə gələcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 18:00-da veriləcək.

Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ikinci sınağı olacaq.

“Qırmızı-qaralar” ilk yoxlama oyununda Küveytin "Əl-Yarmuk" klubu ilə 2:2 hesablı heç-heçə edib.