SON DƏQİQƏ! "Qarabağ" 26 yaşlı braziliyalı futbolçunu Bakıya gətirdi

SON DƏQİQƏ! "Qarabağ" 26 yaşlı braziliyalı futbolçunu Bakıya gətirdi

"Qarabağ" daha bir futbolçunu Bakıya gətirib.

mediasport.az saytına daxil olan məlumata görə, Ağdam təmsilçisinin transfer etmək istədiyi Mateus Silva hazırda paytaxtımızdadır.

26 yaşlı sağ cinah müdafiəçisi tibbi yoxlanışdan uğurlu keçsə, 2 illik müqavilə bağlanacaq.

Sağ cinah yarımmüdafiəçisi kimi də oynaya bilən "sambaçı"nın Boqlarıstanın "Lokomotiv" (Plovdiv) klubu ilə gələn yaya qədər anlaşması olsa da, Azərbaycan çempionu təzminat ödəməyə hazırdır.

Barbosa vətənində "San Fransisko", "Paysandu", "Bahia", Portuqaliyada "Farense", "Moreyrense" klublarında oynayıb. 2022-cilin yayından Bolqarıstan klubunda çıxış edir.

Qeyd edək ki, "atlılar"ın heyətində sağ cinah müdafiəçiləri - Abbas Hüseynov uzun müddətdir zədəlidir, Marko Veşoviç isə təxminən 1 ay yaşıl meydanlardan kənar qalacaq.