"Səbail"dən Rahidə jest
Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində keçirilən “Səbail” - “Sumqayıt” (1:4) oyunundan əvvəl meydan sahiblərinin keçmiş kapitanı Rahid Əmirquliyevə xatirə hədiyyəsi təqdim olunub.
mediasport.az xəbər verir ki, Bayıl klubunun İcraçı direktoru Firuz Abdulla futbolçu karyerasını paytaxt təmçilisində başa vuran yığmanın sabiq üzvünə arxasında “14” yazılan forma təqdim edib.
Qeyd edək ki, Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatları tarixində 451, 2018-ci ildən etibarən “Səbail”də isə 120 qarşılaşmada meydana çıxıb.