Yalnız Azərbaycanda - Təzə rəhbərliyi komandaya JEK rəisi təqdim etdi
Birinci Divizionda mübarizə aparan (daha doğrusu, aparmağa çalışan) "Mingəçevir"in İdarə Heyətində dəyişiklik reallaşıb.
Keçmiş hakim Rövşən Əhmədov öz istəyilə klubdan ayrılıb. Onu Ruslan Həmidov əvəzləyib. Yeni rəhbər komanda ilə görüşüb, tanış olub. Bura qədər hər şey normaldır.
Məsələ burasındadır ki, klubun İdarə heyətinin yeni sədrini futbolçulara Mingəçevir İcra Hakimiyyəti MKTİB-nin (bildiyimiz JEK) rəisi Şəhriyar Mustafayev təqdim edib. Azmış kimi, JEK rəisi İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini də verib. Tapşırıq və tövsiyələr e öz də...
Bilmirsən, təzə rəhbərliyə görə sevinəsən, ya oturub zülüm-zülüm ağlayasan....Belə "rəhbərlik" olmaz olsun!
"Mingəçevir" 15 komandalı çempionatda geridə qalan 13 turdan sonra 13 xalla 13-cü pillədə qərarlaşıb.
mediasport.az