"Turan Tovuz"un sabiq vingeri Cənubi Koreya klubunda - RƏSMİ
Yayda "Turan Tovuz"dan ayrılan Natan Oduvanın yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ingiltərəli vinger karyerasını Cənubi Koreyada davam etdirəcək.
28 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi "Çunqbuk Çonju" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Oduva ölkəmizdə “Şamaxı”da da forma geyinib.