1-ci Liqanın debütant klubunun təqdimat mərasimi keçiriləcək

1-ci Liqanın debütant klubunun təqdimat mərasimi keçiriləcək

2023/2024-cü illər mövsümündə Azərbaycan I Liqasında iştirak edəcək "Difai" FK sabah təqdimat mərasimi keçirəcək.

Mediasport.az xəbər verir ki, “SKY Hotel”in 3-cü mərtəbəsində təşkil olunacaq tədbir saat 16:00-da başlanacaq.

Klub rəhbərliyinin iştirak edəcəyi təqdimatda klubun yeni loqosu, bayrağı, geyim formaları nümayiş olunacaq.

Həmçinin "Difai" FK-nın bu mövsüm tərəfdaşı olacaq şirkətlərin adları açıqlanacaq.