"Sumqayıt" Antalyada sevinib

"Sumqayıt" Antalyada sevinib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ikinci yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” klubu ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, "gənclik şəhəri" klubu ilk matçda Rumıniyanın “Hermanştadt” kollektivinə 0:3 hesabı ilə məğlub olub.