Klublar Komitəsinin iclası keçirilib, Barış Şimşək sualları cavablandırıb
Klublar Komitəsinin növbəti iclası baş tutub.
Mediasport.az saytı xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən toplanışa milli assosiasiyanın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri qatılıblar.
Yığıncaqda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Sonra AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək klub nümayəndələrinə VAR sisteminin iş prinsipləri haqqında məlumat verib, onların suallarını cavablandırıb.