"Sumqayıt"ın baş məşqçisi hakimlərin otağına daxil olaraq...

 "Sumqayıt"ın baş məşqçisi hakimlərin otağına daxil olaraq...

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda hakimləri təhqir edən iki baş məşqçi cəzalandırılıb.

Dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” - “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

AFFA U-14 Liqasında keçirilən “Çinar” –”Azəri” oyununda isə “Çinar”ın baş məqşçisi Elçin Quziryani hakimlər briqadasını təhqir etməklə yanaşı, texniki zona qaydalarını pozduğu, həmçinin referilərə fiziki təzyiq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 5 oyun diskvalifikasiya edilib.