"Sumqayıt"ın rəqibinin mətbuat konfransı və açıq məşqi ləğv edildi

"Sumqayıt"ın rəqibinin mətbuat konfransı və açıq məşqi ləğv edildi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Sumqayıt"ın qonağı olacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.

Mediasport.az xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi bu gün, saat 19:30-da və 20:00-da başlanacaq.

Qeyd edək ki, ilk görüş sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.