Azərbaycanda möhkəmlənə bilmədi, Kamboca klubunu seçdi
“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze özünə yeni komanda tapıb.
Mediasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kambocada davam etdirəcək.
O, Yüksək Liqa təmsilçisi “Kirivonq”la müavilə bağlayıb.
Son klubu ölkəsində "Betlemi" olmuş Erqmelidze Azərbaycana 2021-ci ilin avqustda gəlmişdi.
Masazır klubunda yerini möhkəmlədə bilməyən gürcü futbolçu bir müddət icarə əsasında “Kəpəz”də də forma geyinib.