Taekvondoçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar
Gürcüstanda taekvondo üzrə “Batumi Açıq” turniri keçirilir.
Azərbaycan Taekvondo Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, iki gün davam edəcək yarışda Masallı Regional Taekvondo Mərkəzinin komandası mübarizə aparacaq.
Turnirdə məşqçi Sadiq Ağayevin rəhbərliyi altında 3 idmançı gücünü yoxlayacaq.
Komandanın heyətində Pünhan Heydərli (30 kiloqram) uşaqların, Hüseyn Sadıqlı (33 kiloqram) və Murad Cahangirov (41 kiloqram) isə yeniyetmələrin mübarizəsində dayanq üzərinə çıxacaq.