Taekvondoçularımız Serbiyada 1 gümüş və 1 bürünc medal qazanıb

Taekvondoçularımız Serbiyada 1 gümüş və 1 bürünc medal qazanıb

Belqradda taekvondo üzrə Serbiya açıq çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışı 2 medalla başa vurub.

Komandamızın heyətində Taleh Süleymanov (+87 kq) finala kimi uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.

Səyyad Dadaşov (54 kq) isə Serbiya açıq çempionatını bürünc mükafatla başa vurub.