Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal
Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi yarışın ikinci günündə ümumilikdə ilk medalını qazanıb.
58 kq çəkidə yarışan olimpiya lisenziyaçımız Qaşim Maqomedov bürünc medal əldə edib.
Taleh Süleymanovla (87 kq) və Nigar Abdullayeva (53 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, ölkəmiz qitə birinciliyinə 12 taekvondoçu ilə qatılıb.