Milli komandamızın üzvü mundiala qələbə ilə başladı - DÇ-2023
Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.
mediasport.az xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində qüvvələrini sınayacaqlar. İlk gün çəki dərəcələri üzrə kişilərin yarışında 87, qadınların mübarizəsində isə 59 idmançı olacaq.
Mundialda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.
Qalib olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. İyunun 4-nə qədər davam edəcək sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.
Azərbaycan taekvonduçusu Cavad Ağayev DÇ-yə qələbə ilə start verib. O, 1/32 finalda Eldar Kurmanaliyevi (Qırğızıstan) 2:0 hesabı ilə məğlub edib. Cavad növbəti döyüşündə çinli Çenminq Xiao ilə qarşılaşacaq.