"Qəbələ"nin üzvü təcavüzkar davranışa görə 4 oyunluq cəza alıb
AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi 4 oyunluq cəzalandırıb.
Mediasport.az xəbər verir ki, buna qanalı hücumçunun Premyer Liqanın XVII turunda “Səbail”lə keçirilən səfər görüşünün 36-cı dəqiqəsində təcavüzkar davranışa yol verməsi səbəb olub.
Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Şimal təmsilçisi 3000 manat cərimə ödəməlidir.
“Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.
“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat ziyana düşüb.