İlkay Gündoğan millidən getdi
Almaniya milli komandasının yarımmüdafiəçisi İlkay Gündoğan yığmadakı karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, o, rəsmi "Instagram" hesabında bu haqda paylaşım edib.
Almaniya Futbol Assosiasiyası da futbolçunun millidəki karyerasını bitirdiyini təsdiqləyib.
İlkay Almaniya yığmasının heyətində bütün turnirlər daxil olmaqla 82 oyuna çıxıb, 19 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, klub karyerasını davam etdirən İlkay "Barselona"da forma geyinir.