"Tottenhem"in baş məşqçisi: "Qarabağ"la oyun ərəfəsində komandada vəziyyət yaxşıdır"
“Qarabağ”la oyun ərəfəsində komandada vəziyyət yaxşıdır, yeni zədəli futbolçumuz yoxdur. Hər şey qaydasındadır".
Mediasport.az xəbər verir ki, bu sözləri sabah "Qarabağ"ı qəbul edəcək "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu deyib.
Yunanıstanlı mütəxəssis UEFA Avropa Liqasının əsas mərhələsinin ilk tur görüşündən öncə komandasının vəziyyəti barədə məlumat verib.
59 yaşlı çalışdırıcı bildirib ki, zədəli futbolçuların hamısı sağalıb və sabahkı matça hazırdırlar:
"Mövsümün sonunadək 50-dən çox oyun keçirəcək komandaya malikik. Futbolçularımızın hamısı bir görüşdə meydana çıxmaz. Hər matçda çox rotasiya etmək istəmirik. Ola bilər ki, "Qarabağ"a qarşı bəzi dəyişikliklərə gedək".
Londonda keçiriləcək qarşılaşma sabah Bakı vaxtilə saat 23:00-da başlanacaq.