"Qəbələ"də yeni müqavilə

"Qəbələ"də yeni müqavilə

“Qəbələ” İdman Klubu və “Kəhriz su” arasında tərəfdaşlıq müqaviləsi uzadılıb.

Mediasport.az saytı xəbər verir ki, şirkət qarşıdakı mövsümdə də “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq.

Tərəflər arasında yeni razılaşma 2024-2025-ci illər mövsümünü əhatə edir.

“Kəhriz su” bu müddətdə "Qəbələ"nin komandalarımı içməli su ilə təmin edəcək.

“Qəbələ”nin əsas komandasının oyun geyimlərinin arxa hissəsində isə şirkətin rəmzi əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz su” təbliğat lövhələri yer alacaq.

 Qeyd edək ki, "Kəhriz" brendi adı ilə içməli su ilk dəfə 2008-ci ildə istehsal olunub. Şirkət 2022-ci ilin martından klubun tərəfdaşıdır.