Azərbaycan Premyer Liqası klubunun baş sponsoru bu şirkət oldu

Azərbaycan Premyer Liqası klubunun baş sponsoru bu şirkət oldu

Yeni mövsümdən Azərbaycan Premyer Liqasınds çıxış edəcək “Araz-Naxçıvan”ın baş sponsoru müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin əsas sponsoru "Samaya” LTD olacaq.

Şirkətlə klub arasında 1 illik müqavilə imzalanıb.

Anlaşmaya əsasən, əsas və əvəzedici ilə yanaşı, müxtəlif yaş qruplarına aid komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun adı əks olunacaq.