9 ildən sonra...

9 ildən sonra...

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Benfika"ya uduzan (3:4) "Yuventus" 9 ildən sonra turnirin 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib.

mediasport.az xəbər verir ki, Massimiliano Alleqrinin rəhbərlik etdiyi Turin klubu son dəfə 2013/2014-cü illər mövsümündə mövsümündə uğursuzluqla üzləşib.

İtaliya nəhəngi həmin vaxtdan sonra ardıcıl 8 mövsüm pley-offda iştirak edib. H qrupunda 3 xalla 3-cü pillədə qərarlaşan "qoca sinyora" sonuncu turda PSJ ilə qarşılaşacaq.