Gürcüstan Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir
Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir.
Mediasport.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
"TASS" agentliyinə danışan dövlət rəsmisi müsbət cavab olacağı təqdirdə paytaxt Tbilisidə yeni stadionun tikiləcəyini bildirib:
"Həm futbol, həm də reqbi üçün yeni stadion inşa edəcəyik. Stadionunun 70 minlik tutumu olacaq. Təbii ki, beynəlxalq standartlara cavab verəcək. Bu da bizə Çempionlar Liqasının finalı kimi mühüm turnirləri ev sahibliyi etməyimizə imkan yaradacaq. 2028-ci ildə ÇL-in finalını yeni inşa etdirəcəyimiz stadionda qəbul etmək üçün namizədliyimizi irəli sürəcəyik".